Menyu

Tramp İrandan gələn təhdid səbəbilə hərbi təyyarə ilə gizli uçuş həyata keçirib

Operativ Media
Tramp İrandan gələn təhdid səbəbilə hərbi təyyarə ilə gizli uçuş həyata keçirib

​ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində Ankarada keçirilən NATO sammitindən sonra İrandan gələn suqəsd təhdidi ilə əlaqədar hərbi-nəqliyyat təyyarəsi ilə gizli şəkildə uçub.

​Operativ Media xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

​Nəşrin bildirdiyinə görə, Ağ Ev dövlət başçısının özünün 1 nömrəli prezident təyyarəsində olduğunu bəyan etsə də, əslində təhlükəsizlik səbəbindən tam fərqli bir əməliyyat həyata keçirilib. Jurnalistlərdən və hətta bəzi Ağ Ev əməkdaşlarından gizli saxlanılan bu təxliyə prosesində Tramp qida məhsullarının daşınması üçün nəzərdə tutulan yük maşını ilə C-32A tipli daha kiçik hərbi təyyarəyə keçirilib.

​ABŞ rəsmilərindən birinin sözlərinə görə, bu çaşdırıcı gedişat birbaşa İrandan gələn real təhlükələrlə bağlı olub. Nəşr qeyd edir ki, Vaşinqton artıq uzun illərdir ki, Tehranın amerikalı yüksəkvəzifəli şəxslərə qarşı mümkün terror əməllərindən narahatdır və bu risklər Tramp üçün də keçərlidir.

​Ağ Evin kommunikasiya direktoru Stiven Çun məsələyə münasibət bildirərək qeyd edib ki, ABŞ-nin özünü hədəf alan çoxlu düşmənləri var və bu cür təhdidlərin qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər