Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 113 nəfər deportasiya edilib
Şəfa Hüseynli
Gürcüstanda son günlərdə görülən tədbirlər nəticəsində 113 xarici vətəndaş deportasiya edilib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Ermənistan, Çin, Keniya, Kuba, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Misir, Efiopiya, İordaniya, Nepal, Nigeriya, Pakistan, Tayland və digər ölkələrin ümumilikdə 113 vətəndaşı ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma