Menyu

Rusiya və Qırğızıstan hərbçiləri birgə təlimlər keçirir

Operativ Media
Rusiya və Qırğızıstan hərbçiləri birgə təlimlər keçirir
1 dəq oxu

İssık-Kul gölünün sahilindəki Balıqçı şəhərində Rusiya-Qırğızıstan birgə "Mərkəz-2026" taktiki təlimi başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat yayıb

Qırğızıstan Müdafiə Nazirliyi təlimlərdə 500-ə yaxın hərbçi, 100-dək silah və hərbi texnika, döyüş FPV dronları, eləcə də hər iki ölkənin ordu aviasiyasının iştirak etdiyini bildirib.

İki ölkənin Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq çərçivəsində təşkil olunan birgə hərbi təlimlər avqustun 11-dən 17-dək davam edəcək.

Əlaqəli Xəbərlər