Menyu

Latviya Belarusla sərhəddə qanunsuz miqrasiyaya qarşı əməliyyata başlayıb

Operativ Media
Latviya Belarusla sərhəddə qanunsuz miqrasiyaya qarşı əməliyyata başlayıb
1 dəq oxu

Latviyada Belarusla sərhəddə qanunsuz miqrasiyaya qarşı "Vilkatis" əməliyyatı başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Delfi" portalı Latviyanın Baş naziri Andris Kulberqsə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, əməliyyat zamanı bütün məsul xidmətlər qanunsuz miqrasiyanın məhdudlaşdırılması üçün sinxronlaşdırılmış tədbirlər həyata keçirəcəklər.

Latviya Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, Latviya-Belarus sərhədi boyunca tam sinxronlaşdırılmadığı ərazilər var.

Qeyd edək ki, Belarus və Latviya sərhədində iki nəzarət-buraxılış məntəqəsi var və onlardan yalnız biri fəaliyyət göstərir.

Əlaqəli Xəbərlər