Menyu

Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək

Nicat Hüseynli
Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək
1 dəq oxu

Fələstin Dövlət Başçısı Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 11-13-də Türkiyəyə rəsmi səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran sosyal şəbəkə hesabında paylaşım edib.

"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Fələstin dövlət başçısı Mahmud Abbas 11-13 avqust 2026-cı il tarixlərində ölkəmizə rəsmi səfər edəcəkdir. Səfər çərçivəsində avqustun 12-si çərşənbə günü baş tutacaq görüşlərdə Fələstindəki son proseslər, ikitərəfli münasibətlərimiz və regional hadisələr ətrafında fikir mübadiləsi aparılacaqdır", - paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər