Menyu

Qətər Hörmüz boğazının açılması üçün səylərini davam etdirir

Nicat Hüseynli
Qətər Hörmüz boğazının açılması üçün səylərini davam etdirir
1 dəq oxu

Qətər Oman və İran arasında Hörmüz boğazı ilə bağlı danışıqların irəliləmiş mərhələyə çatdığını bildirib.

Operativ Media xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari həftəlik mətbuat konfransında məlumat verib.

Bildirib ki, Doha vasitəçi kimi əsas diqqətini su yolunun “ən qısa zamanda” açılmasına yönəldib.

Onun sözlərinə görə, Körfəz ölkələri arasında boğazda vəziyyətin müharibədən əvvəlki statusa qaytarılması və naviqasiya azadlığının təmin olunması ilə bağlı ortaq mövqe mövcuddur.

Əlaqəli Xəbərlər