Menyu

Qara dənizdə Ukraynaya məxsus qayıq vurulub

Operativ Media
Qara dənizdə Ukraynaya məxsus qayıq vurulub
1 dəq oxu

Ukraynaya məxsus patrul qayığı Qara dənizin Odessa şəhərinin cənubundakı ərazidə zərbəyə məruz qalıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatları Ukrayna Silahlı Qüvvələrinin xidmətində olan patrul qayığına zərbə endirib.

Rusiya Müdafiə Nazirliyi iddia edib ki, qayıq Ukrayna limanlarına silah daşıyan quru yük gəmilərini müşayiət etmək üçün istifadə olunurdu.

Əlaqəli Xəbərlər