Menyu

Kolumbiya zəlzələdən sonra qəhvə ixracını dayandırıb

Şəfa Hüseynli
Kolumbiya zəlzələdən sonra qəhvə ixracını dayandırıb
1 dəq oxu

Kolumbiyada baş verən güclü zəlzələdən sonra qəhvə ixracı dayandırılıb.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" Qəhvə İxracatçıları Assosiasiyasının (Asoexport) rəhbəri Qustavo Qomezə istinadən məlumat yayıb.

O, zəlzələnin ölkənin əsas limanı olan Buenaventurada əməliyyatları dayandırdığını və magistral yollarda, xüsusən də Sakit okean sahillərinə gedən əsas marşrutda yolların bağlanmasına səbəb olduğunu qeyd edib.

Nəşr qeyd edir ki, Kolumbiyanın Karib dənizi sahilində yerləşən digər limanları – Kartaxena və Santa-Marta ciddi problemlər barədə məlumat verməyib. Lakin qəhvə ixracının şimal istiqamətinə yönləndirilməsi yük maşınlarının çatışmazlığı səbəbindən çətinləşir.


Əlaqəli Xəbərlər