Menyu

Qırğızıstanda 4,8 bal gücündə zəlzələ baş verib

Şəfa Hüseynli
Qırğızıstanda 4,8 bal gücündə zəlzələ baş verib
1 dəq oxu

Qırğızıstanda zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.

İlkin məlumatlara görə, zəlzələnin maqnitudası 4,8 olub.

Zəlzələnin episentri Narın bölgəsinin Koçkorka kəndindən təxminən 17 kilometr aralıda olub. Zəlzələnin Qazaxıstanda da hiss olunduğu bildirilir.

Hazırda dağıntı və ya tələfat barədə heç bir məlumat yoxdur.

Əlaqəli Xəbərlər