Pakistanla İran ikitərəfli əməkdaşlığı və regional vəziyyəti müzakirə edib
Nicat Hüseynli
Pakistanla İran rəsmiləri İslamabadda ikitərəfli əməkdaşlığın inkişafını və regionda baş verən son prosesləri müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın İslamabaddakı səfiri Rza Amiri Moqaddam xarici işlər naziri İshaq Dara son yüksək səviyyəli səfərlərdən sonra ikitərəfli mexanizmlər çərçivəsində əldə olunan irəliləyişlər barədə məlumat verib.
Pakistanın xarici işlər naziri İshaq Dar Pakistanın prioritet sahələr üzrə İranla əməkdaşlığı dərinləşdirməkdə qərarlı olduğunu bir daha təsdiqləyib.
O, həmçinin açıq qalan məsələlərin həlli, regional sülh və sabitliyin təmin olunması üçün dialoq və diplomatiyanın yeganə effektiv yol olduğunu vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net