Pezeşkian: İran regionda heç bir halda iğtişaş yaratmağa çalışmayıb
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin regionda heç bir halda iğtişaş yaratmağa çalışmadığını bildirib.
Operativ Media xəbər verir ki, Pezeşkian bu barədə Yaponiyanın Baş naziri Sanae Takaichi ilə telefon danışığı zamanı deyib.
İran Prezidenti Yaponiyanın müharibənin dayandırılmasının vacibliyi ilə bağlı mövqeyinə görə Takaichiyə təşəkkür edib.
Pezeşkian qeyd edib ki, İran beynəlxalq hüquq normalarından kənara çıxmayıb və daim qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılmasına çalışıb.
Yaponiyanın Baş naziri isə müharibənin başa çatdırılması üçün diplomatik vasitələrin dəstəkləndiyini vurğulayıb. O, bunun İranın və regionun uzunmüddətli maraqlarına uyğun olduğunu bildirib.
Telefon danışığı zamanı tərəflər dialoqu davam etdirmək və ikitərəfli münasibətləri inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.