Hakan Fidan Misirdə toplantıda iştirak edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, H. Fidan Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci toplantısında iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.
İki ölkənin XİN başçılarının həmsədrliyi ilə təşkil olunacaq toplantıda, 4 fevral 2026-cı il tarixində Qahirədə keçirilmiş Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısının nəticələri və Türkiyədə keçirilməsi nəzərdə tutulan üçüncü iclasın hazırlıqları başda olmaqla, ikitərəfli gündəlikdə yer alan məsələlər müzakirə ediləcək.
13 avqustda başlayacaq iki günlük səfər çərçivəsində, həmçinin regional məsələlərə dair fikir mübadiləsi aparılacaq.