Menyu

ABŞ qüvvələri İran blokadası çərçivəsində 59 ticarət gəmisinin marşrutunu dəyişib

Operativ Media
ABŞ qüvvələri İran blokadası çərçivəsində 59 ticarət gəmisinin marşrutunu dəyişib
1 dəq oxu

İyulun ortalarından etibarən İran limanlarının dəniz blokadasının bərpa edilməsindən bu yana ABŞ hərbçiləri 59 ticarət gəmisinin marşrutunu dəyişməyə məcbur ediblər.

​Operativ Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (SENTCOM) məlumat yayıb.

​Komandanlığın "X" sosial şəbəkəsindəki paylaşımına əsasən, avqustun 12-nə olan vəziyyətə görə, Amerika qoşunları ümumilikdə 59 kommersiya gəmisinin istiqamətini dəyişdirib, 3 gəmini sıradan çıxarıb və daha 2 gəmiyə baxış keçirmək üçün göyərtəsinə eniş ediblər.

​Qeyd edək ki, avqustun 9-da marşrutu dəyişdirilən gəmilərin ümumi sayı 55 olaraq qeydə alınmışdı.

Əlaqəli Xəbərlər