Menyu

OPEC gündəlik neft hasilatını 1,66 milyon barel artırıb

Operativ Media
OPEC gündəlik neft hasilatını 1,66 milyon barel artırıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı iyul ayında əvvəlki aya nisbətən 1 milyon 659 min barel artaraq 23 milyon 632 min barelə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə "AA" məlumat yayıb.

OPEC-in aylıq neft bazarı hesabatına görə, ötən ay İraqda hasilatın ən böyük artımı qeydə alınıb. Ölkədə gündəlik hasilat 665 min barel artaraq 2 milyon 621 min barelə çatıb.

İraqdan sonra hasilatı gündə 590 min barel artaraq 7 milyon 352 min barelə çatan Səudiyyə Ərəbistanı və hasilatı 393 min barel artaraq 1 milyon 845 min barelə çatan Küveyt gəlir.

Ən çox hasilat azalması müşahidə olunan ölkə Nigeriya olub. Nigeriyanın gündəlik hasilatı 37.000 barel azalaraq 1.546.000 barelə düşüb.

Beləliklə, OPEC ölkələri tərəfindən iyul ayında gündəlik xam neft hasilatı əvvəlki aya nisbətən 1 milyon 659 min barel artaraq 23 milyon 632 min barelə çatıb.

Eyni zamanda, OPEC üzv ölkələri və bəzi qeyri-OPEC istehsalçı ölkələrini əhatə edən OPEC+ qrupunun ümumi gündəlik xam neft hasilatı eyni dövrdə 1.424.000 barel artaraq 37.655.000 barelə çatıb.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər