Menyu

Çində daşqınlar səbəbindən minlərlə insan təxliyə edilib

Nicat Hüseynli
Çində daşqınlar səbəbindən minlərlə insan təxliyə edilib
1 dəq oxu

Çinin mərkəzində yerləşən Henan əyalətində günlərdir davam edən leysan yağışları nəticəsində çaylarda suyun səviyyəsinin yüksəlməsi və bəndin yarılması minlərlə insanın təxliyəsinə səbəb olub.

Operativ Media xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, Pindinşan şəhərində güclü yağışlar və yuxarı axındakı su anbarlarından böyük həcmdə suyun buraxılmasından sonra çərşənbə axşamı Jiaşian qəzasında Beyru çayı boyunca yerləşən bənd yarılıb.

Hadisə nəticəsində 2 000-dən çox insan təhlükəsiz ərazilərə köçürülüb. 

İlkin məlumata görə, ölən və ya yaralanan olmayıb.

Əlaqəli Xəbərlər