Menyu

Almaniyada qatarların hərəkəti dayandırılıb

Nicat Hüseynli
Almaniyada qatarların hərəkəti dayandırılıb
1 dəq oxu

Almaniyanın Bavariya əyalətində dəmir yolu xəttində partlayıcı ola biləcəyi ehtimal edilən şübhəli əşyanın aşkarlanmasından sonra vağzalın yaxınlığındakı binalar təxliyə edilir.

Operativ Media xəbər verir ki, bu barədə Orta Frankoniya polisi məlumat verib.

Məlumata görə, xilasedicilər təhlükə zonasına daxil olan binalardakı şəxsləri təxliyə edir. Federal Polisin mütəxəssisləri isə dəmir yolu xəttində aşkarlanan şübhəli əşyanı araşdırırlar.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər