Menyu

Türkiyədə Balıkesir və Biləcikdə meşə yanğınlarına müdaxilə davam edir

Nicat Hüseynli
Türkiyədə Balıkesir və Biləcikdə meşə yanğınlarına müdaxilə davam edir
1 dəq oxu

Türkiyənin Balıkesir və Biləcik vilayətlərində baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Balıkesirin Edremit və Dursunbəy rayonları ilə Biləcikdə baş verən yanğınların söndürülməsinə yanğınsöndürmə və Meşə Təsərrüfatı Region İdarəsinin briqadaları cəlb olunub.

Yanğınların söndürülməsi üçün 13 təyyarə, 6 helikopter, 39 su çəni, 3 texnika və 275 nəfərdən ibarət heyət fəaliyyət göstərir.

Əlaqəli Xəbərlər