Menyu

Gürcüstan və Rusiya sərhəd-keçid məntəqəsində məhdudlaşma tətbiq edilib

Operativ Media
Gürcüstan və Rusiya sərhəd-keçid məntəqəsində məhdudlaşma tətbiq edilib
1 dəq oxu
Gürcüstanın Rusiya ilə sərhədinə yaxın ərazidə təhlükəsizlik siqnalizasiya sistemi işə düşüb.

Operativ Media xəbər verir ki, hadisə Kazbeqi bələdiyyəsinin Dariali dərəsində yerləşən Devdoraki ərazisində qeydə alınıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə gömrük məntəqəsinin əməkdaşları, Patrul və Sərhəd Polisi əməkdaşları, müxtəlif şirkətlərin işçiləri, həmçinin yük və minik avtomobilləri, sürücülər və sərnişinlər təhlükəsiz əraziyə təxliyə edilib.

Hadisə ilə əlaqədar “Kazbeqi” gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları müvəqqəti dayandırılıb.

Hazırda Devdoraki dərəsində vəziyyətin sabit olduğu bildirilir.

“Dariali” sərhəd-keçid məntəqəsi isə fəaliyyətini bərpa edib.

Əlaqəli Xəbərlər