Menyu

Britaniyada sərnişin qatarı qəza edib - YENİLƏNİB

Operativ Media
Britaniyada sərnişin qatarı qəza edib - YENİLƏNİB
1 dəq oxu

İngiltərənin cənubunda sərnişin qatarının relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə İngiltərənin cənub-şərq sahillərinin təcili tibbi yardım xidməti məlumat yayıb.

Məlumata görə, qatarın göyərtəsində ümumilikdə təxminən 150 nəfər olub.

Yaralananlardan ikisinin vəziyyətinin ağır, doqquz nəfərin isə daha yüngül xəsarət aldığı bildirilir.

20:44

İngiltərənin Şərqi Sassek qraflığındakı Lüis şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

Operativ Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hadisə yerinə təcili yardım briqadaları, yanğınsöndürənlər və nəqliyyat polisi cəlb olunub.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Əlaqəli Xəbərlər