Menyu

Yunanıstanda yanğın səbəbindən 350-yə yaxın insan təxliyə edilib

Operativ Media
Yunanıstanda yanğın səbəbindən 350-yə yaxın insan təxliyə edilib
1 dəq oxu

Yunanıstanın şimalındakı Kassandra yarımadasında güclü yanğın başlayıb və bu səbəbdən 347-dən çox insan təxliyə olunub.

Operativ Media xəbər verir ki, alovun söndürülməsinə 57 maşınla 155 yanğınsöndürən, 4 piyada yanğınsöndürən dəstəsi, həmçinin 9 təyyarə və 7 helikopter cəlb edilib.

Qeyd olunub ki, bir neçə kilometrə yayılan alovla mübarizə zamanı iki yanğınsöndürən xəsarət alıb.

Məlumata görə, 347-dən çox insan dəniz yolu ilə gəmilərdə təhlükəsiz yerlərə daşınıb.

Əlaqəli Xəbərlər