Menyu

Azərbaycan-Meksika mədəni əməkdaşlığının möhkəmləndirilməsi müzakirə olunub

Operativ Media
Azərbaycan-Meksika mədəni əməkdaşlığının möhkəmləndirilməsi müzakirə olunub
1 dəq oxu

Azərbaycanla Meksika arasında mədəni əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi müzakirə olunub.

Operativ Media xəbər verir ki, sözügedən müzakirə Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevin bu ölkənin Diplomatik Tarix Arxivini ziyarəti zamanı aparılıb.

Ziyarətə dair məlumat idarənin "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, S. Fətəliyev arxivin baş direktoru Gerardo Gil Valdivia ilə görüşüb. Görüşdə mədəni əməkdaşlıq əlaqələrini möhkəmləndirmək, hər iki ölkənin diplomatik yaddaşının qorunub saxlanılması və mühafizəsi barədə fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər