Menyu

Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın Kluj-Napoka şəhəri arasında əlaqələr qurulur

Operativ Media
Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın Kluj-Napoka şəhəri arasında əlaqələr qurulur

Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti Kluj-Napoka şəhərinin vitse-meri Dan Ştefan Tarçeya ilə görüşüb.

Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Rumıniyanın ikinci böyük şəhəri Kluj-Napoka arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, investisiya imkanları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Dan Ştefan Tarçeya Kluj-Napokada həyata keçirilən infrastruktur və sosial layihələr, şəhərin inkişafı istiqamətində görülən işlər, habelə inkişaf planları barədə məlumat verib.

Elçin Yusubov, öz növbəsində, təmsil etdiyi bölgədə aparılan işlər barədə danışıb. O, 30 ildən artıq davam edən işğaldan sonra Azərbaycan torpaqlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildiyi, doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıtdığı, eləcə də Qarabağın hər bir ərazisində aparılan tikinti, bərpa-quruculuq işləri barədə söz açıb. Elçin Yusubov məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə regionda sülh prosesinin başlandığını, bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda dayanıqlı əməkdaşlıq mühitinin yaradılmasının nəinki bütün Cənubi Qafqaz, Avropa, xüsusən Rumıniya ilə ticari və iqtisadi əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər