Menyu

İran XİN: ABŞ-nin zərbələri Fars körfəzində neft çirklənməsinə səbəb olub

Nicat Hüseynli
İran XİN: ABŞ-nin zərbələri Fars körfəzində neft çirklənməsinə səbəb olub
1 dəq oxu

ABŞ və İsrailin İranın energetika infrastrukturu obyektlərinə endirdiyi hava zərbələri Fars körfəzinin İran sahillərində neft çirklənməsinə səbəb olub.

Operativ Media xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi sosial şəbəkə hesabında paylaşım edib.

Bildirib ki, Qeşm adası sahillərində qeydə alınan neft çirklənməsi xarici hərbi təcavüzün nəticəsidir.

Onun sözlərinə görə, İran sahillərinin ətraf mühitinə dəyən bu zərər Tehranın sahilyanı dövlət kimi Hörmüz boğazının idarə olunması mexanizmini hazırlaması və tətbiq etməsinin zəruriliyini göstərir

Əlaqəli Xəbərlər