Menyu

Gürcüstanın Baş naziri Azərbaycan səfiri ilə görüşüb

Operativ Media
Gürcüstanın Baş naziri Azərbaycan səfiri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlığın yüksək səviyyəsi vurğulanıb.

Tərəflər Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Bu kontekstdə Baş nazirin Azərbaycana rəsmi səfəri zamanı imzalanan razılaşmaların strateji əhəmiyyəti xüsusi qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər