HƏMAS-ın bölük komandiri öldürülüb
Operativ Media
İsrail Müdafiə Ordusu Qəzza zolağının cənub hissəsində son vaxtlar İsrail qüvvələrinə hücumlar edən HƏMAS-ın bölük komandirini öldürüb.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun bəyanatında bildirilib.
Məlumata görə, zərbə avqustun 13-də Xan-Yunis ərazisinə endirilib. Nəticədə İsrail hərbçilərinin HƏMAS-ın Xan-Yunisdəki briqadasının bölük komandiri adlandırdıqları Hüdeyfə Xalid Süleyman Kavari ölüb.
İsrail ordusunun məlumatına görə, müharibə zamanı Kavari HƏMAS yaraqlılarının hazırlığı və silahların daşınması ilə məşğul olub, eləcə də qruplaşmanın döyüş qabiliyyətinin bərpasında iştirak edib.
İsrail hərbçiləri bildiriblər ki, zərbə qüvvədə olan atəşkəsə baxmayaraq endirilib, çünki Kavari İsrail hərbçilərinə qarşı hücum əməliyyatlarını davam etdirirdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net