Menyu

Husilər Yəməndə limana raket və PUA-larla hücum ediblər

Operativ Media
Husilər Yəməndə limana raket və PUA-larla hücum ediblər
Yəməndə husi silahlıları ("Ənsar Allah" hərəkatı) Qırmızı dəniz sahilində yerləşən Moha limanına kütləvi hücum həyata keçirib. Hücum nəticəsində limanda yanğın baş verib.

Operativ Media xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Hücum zamanı raketlərdən, pilotsuz uçuş aparatlarından (PUA) və katerlərdən istifadə olunub. Hökumət qüvvələri atılan 44 drondan 15-ni vurub.

Husilər, həmçinin Bab-əl-Məndəb boğazı yaxınlığında neft tankerinə hücum etməyə cəhd göstərib. Hücumda istifadə olunan altı minalanmış katerdən üçü ələ keçirilib. Qarşıdurma zamanı "Ənsar Allah"ın səkkiz döyüşçüsü öldürülüb.

Buna cavab olaraq hökumət qüvvələri Yəmənin qərb sahilində husilərin mövqelərinə onlarla dron zərbəsi endirib və Taiz şəhərinin qərbindəki obyektləri artilleriyadan atəşə tutub.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər