Menyu

İsrail Livana hava hücumu həyata keçirib

Operativ Media
İsrail Livana hava hücumu həyata keçirib
1 dəq oxu

İsrailin Livanın cənubundakı Ənsar şəhərinə endirdiyi hava zərbəsi nəticəsində altı nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Livan Mülki Müdafiə Xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, sübh tezdən İsrail təyyarələri Nəbatiyyə bölgəsinin Ənsar ətraf ərazilərinə, eləcə də Nəbatiyyə əl-Fəvqa şəhəri yaxınlığındakı əraziyə üç zərbə endirib.

Mülki Müdafiə Xidməti axtarış-xilasetmə əməliyyatları davam etdikcə qurbanların sayının arta biləcəyini qeyd edib.

Əlaqəli Xəbərlər