Menyu

İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib - YENİLƏNİB

Nicat Hüseynli
İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib - YENİLƏNİB
1 dəq oxu

İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Şimali Sumatra əyalətində 6,4 bal gücündə zəlzələ baş verib. 

Operativ Media xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb. 

Zəlzələ Bakı vaxtı ilə saat 14:54-də qeydə alınıb.

Zəlzələnin ocağı 163 kilometr dərinlikdə yerləşib. 

Zəlzələnin episentri Şimali Sumatra əyalətindəki Simalunqun yaşayış məntəqəsindən təxminən 11 kilometr cənub-şərqdə qeydə alınıb.

***
15:03


İndoneziyanın Şərqi Nusa Tenqqara (NTT) əyalətində 7,7 bal gücündə güclü zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə "JPNN" məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə saat 01:58-də qeydə alınıb. Yeraltı təkanlar Cənubi Sulavesi əyalətində də hiss olunub.

Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib. 

Episentr NTT əyalətinin Nagekeo rayonunun Mbay şəhərindən təxminən 36 kilometr şimal-şərqdə, 8,35 dərəcə cənub enliyi və 121,37 dərəcə şərq uzunluğunda qeydə alınıb.

Əlaqəli Xəbərlər