Menyu

Fransanda 1 580 hektar meşə sahəsi yanıb

Nicat Hüseynli
Fransanda 1 580 hektar meşə sahəsi yanıb
1 dəq oxu

Fransanın cənub-qərbindəki Land departamentində baş verən meşə yanğını nəticəsində təxminən 1 580 hektar ərazi külə dönüb.

Operativ Media xəbər verir ki, bu barədə “CNews” telekanalı məlumat yayıb.

Məlumata görə, yanğın Lülon kommunası yaxınlığında gecə saatlarında başlayıb. 

Alovun yayılması səbəbindən təxminən 650 nəfər təxliyə edilib.

Bildirilib ki, əraziyə texnikanın daxil olması çətin olduğundan yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib. Yanğınsöndürənlərin səyləri nəticəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Əlaqəli Xəbərlər