Menyu

İran və Oman Hörmüz boğazında gəmiçilik üzrə danışıqlarda irəliləyiş əldə edib

Nicat Hüseynli
İran və Oman Hörmüz boğazında gəmiçilik üzrə danışıqlarda irəliləyiş əldə edib
1 dəq oxu

İran və Oman Hörmüz boğazında dəniz nəqliyyatının hərəkəti ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.

Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

Onun sözlərinə görə, İran və Oman Hürmüz boğazından dəniz nəqliyyatının keçid marşrutlarını müəyyən edən xəritə üzrə razılığa gəliblər.

O qeyd edib ki, tərəflərin birgə bəyanatında yer alacaq bəzi texniki məsələlərin yekunlaşdırılması ilə bağlı məsləhətləşmələr davam etdirilir.

Əlaqəli Xəbərlər