Menyu

İndoneziyada daha bir güclü zəlzələ qeydə alınıb

Operativ Media
İndoneziyada daha bir güclü zəlzələ qeydə alınıb
1 dəq oxu

İndoneziya sahillərində 6,0 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Sulavesi adasında yerləşən və təxminən 282 min nəfərin yaşadığı Palu şəhərindən 128 kilometr şimalda olub. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Əlaqəli Xəbərlər