Menyu

Ukrayna Rusiyanın bir sıra strateji hədəflərini vurub

Operativ Media
Ukrayna Rusiyanın bir sıra strateji hədəflərini vurub
1 dəq oxu
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiya ərazisində bir sıra mühüm hədəfləri vurub.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Telegram" kanalındakı bəyanatında deyilir.

Qeyd olunub ki, avqustun 16-na keçən gecə Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən Rusiya müdafiə sənayesi kompleksinin müəssisəsinə zərbə endirilib. 

Məlumatda qeyd olunub ki, Ukraynanın işğal olunmuş Zaporojye vilayətinin Svetlodolinskoye yaxınlığında Rusiya qoşunlarının hərbi logistikanın təmin edilməsi və şəxsi heyətin yerdəyişməsi üçün istifadə etdiyi dəmir yolu körpüsü vurulub.

Həmçinin Ukraynanın Donetsk vilayətinin Karlovka ərazisində Rusiya ordusunun maddi-texniki vasitələr və döyüş sursatı anbarları vurulub.

Əlaqəli Xəbərlər