Menyu

Yəmən ordusu husilərə qarşı 200-ə yaxın əməliyyat keçirib

Operativ Media
Yəmən ordusu husilərə qarşı 200-ə yaxın əməliyyat keçirib
1 dəq oxu
Yəmən Silahlı Qüvvələri ötən sutka ərzində husilərə qarşı 181 hərbi əməliyyat keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Yəmən ordusunun rəsmi nümayəndəsi polkovnik Məcid ən-Nüzeyli bildirib.

"Son 24 saat ərzində silahlı qüvvələr pilotsuz uçuş aparatları, artilleriya və reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə 181 hərbi əməliyyat həyata keçirib, müxtəlif döyüş bölgələrində hərbi obyektləri və təhlükə mənbələrini vurub", - o qeyd edib.

Əlavə edilib ki, əməliyyatlar təmas xətti boyunca geniş ərazidə keçirilib.

Əlaqəli Xəbərlər