Menyu

Polşada 1667-ci ilə aid tarixi taxta kilsə yanıb

Operativ Media
Polşada 1667-ci ilə aid tarixi taxta kilsə yanıb
1 dəq oxu
Polşanın Sanok şəhərində yerləşən Xalq Memarlığı Açıq Hava Muzeyində yanğın baş verib.

Operativ Media xəbər verir ki, yanğın nəticəsində 1667-ci ildə inşa edilmiş tarixi taxta kilsə tamamilə yanıb.

Hadisə yerinə 140-a yaxın yanğınsöndürən cəlb olunub. Lakin müdaxiləyə baxmayaraq, binanı və içərisində saxlanılan qədim əşyaları xilas etmək mümkün olmayıb.

Muzey rəhbərliyi kilsənin böyük tarixi və mədəni əhəmiyyət daşıdığını, abidənin bərpasının mümkün olmadığını bildirib.

Yanğının başvermə səbəbi araşdırılır. Hadisə ilə əlaqədar muzeyin fəaliyyəti müvəqqəti dayandırılıb.

Əlaqəli Xəbərlər