Menyu

İsrail ordusu HƏMAS və “İslami Cihad” üzvlərinə zərbə endirib

Operativ Media
İsrail ordusu HƏMAS və “İslami Cihad” üzvlərinə zərbə endirib
İsrail Müdafiə Ordusu Qəzza zolağında “İslami Cihad” qruplaşmasının üzvü və HƏMAS-ın silahlı qanadının üzvünə qarşı hava zərbələri endirdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu Qəzza zolağının Xan-Yunis bölgəsində “İslami Cihad” üzvünə, Nuseyrat bölgəsində isə HƏMAS üzvünə zərbələr endirib.

İsrail ordusunun açıqlamasında həmin şəxslərin hücumlar həyata keçirdiyi və yaranan təhlükənin aradan qaldırılması məqsədilə dəqiq hava zərbələrinin endirildiyi bildirilib.

Mətbuat xidməti qeyd edib ki, zərbələrdən əvvəl mülki əhaliyə dəyəcək zərərin minimuma endirilməsi üçün tədbirlər görülüb.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər