Menyu

Pakistanda 17 silahlı zərərsizləşdirilib

Operativ Media
Pakistanda 17 silahlı zərərsizləşdirilib
1 dəq oxu

Pakistanın cənub-qərbində keçirilən iki ayrı hərbi əməliyyat nəticəsində 17 silahlı öldürülüb, bir neçə nəfər isə yaralanıb.

Operativ Media xəbər verir ki, Bəlucistan əyalətinin Xuzdar rayonundakı Şor Barud dağlıq ərazisində keçirilən əməliyyatda 10 silahlı öldürülüb.

Eyni əyalətin Lajay bölgəsində aparılan digər əməliyyatda isə 7 silahlı məhv edilib. 

Təhlükəsizlik qüvvələri əməliyyatlar zamanı çoxlu sayda müasir silah, döyüş sursatı və digər avadanlıq aşkarlayıb.

Qeyd edək ki, Bəlucistan uzun illərdir Pakistanın təhlükəsizlik və hərbi obyektlərinə hücumlar həyata keçirən silahlı qrupların fəal olduğu bölgələrdən biri hesab olunur.

Əlaqəli Xəbərlər