Menyu

İndoneziya sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib

Operativ Media
İndoneziya sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib
1 dəq oxu

İndoneziya sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Operativ Media Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, zəlzələnin episentri təxminən 188 000 əhalisi olan Labuan-Bajo şəhərindən 175 kilometr şərqdə, ocağı 36 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Əlaqəli Xəbərlər