İspaniyanın Seuta şəhərində miqrantlar sığınacaq tələbi ilə aksiya keçiriblər
İspaniyanın muxtar şəhəri olan Seutada yüzlərlə miqrant ölkədə sığınacaq verilməsi tələbi ilə etiraz aksiyası təşkil edib.
Operativ Media xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, sahilboyu ərazidə qeyri-qanuni olaraq çadır düşərgəsi quran şəxslər İspaniya bayraqları dalğalandırıb və müvafiq qurumlardan sığınacaq tələb edən şüarlar yazılmış plakatlar nümayiş etdiriblər.
Xatırladaq ki, iyul ayının sonunda on minlərlə qeyri-qanuni miqrant şəhəri Mərakeşdən ayıran dalğaqıranı keçərək və ya üzərək Seuta ərazisinə daxil ola bilmişdi. Yaranmış böhran vəziyyəti ilə əlaqədar olaraq Madrid rəhbərliyi yaşayış məntəqəsində təhlükəsizliyin qorunmasına dəstək məqsədilə hərbi qüvvələrin cəlb olunması barədə qərar qəbul edib.
Mövcud duruma əsasən, qeyri-qanuni gələnlərin əksəriyyətinin artıq Mərakeşə geri döndüyü ehtimal olunur. Buna baxmayaraq, İspaniya rəsmilərinin təqdim etdiyi rəqəmlərə görə, şəhərdə hələ də təqribən 5 min miqrant qala bilər.