Menyu

İnsulta səbəb olan pis vərdişlər hansılardır? - Həkim danışır

Ayşən Sadıxzadə
İnsulta səbəb olan pis vərdişlər hansılardır? - Həkim danışır

İnsulta səbəb olan əsas risk faktorlarını ilk növbədə sadalamaq lazımdır. Bunların arasında siqaret çəkmək, həddindən artıq alkoqol qəbulu, yağlı və fast-food məhsullarından çox istifadə, eləcə də yüksək təzyiq və xolesterin problemləri xüsusi yer tutur.

Bu sözləri Operativ Media-ya endokrinoloq Samirə Süleymanova deyib. 

O bildirib ki, əgər insanda təzyiq və ya xolesterin problemi varsa, həkim tərəfindən təyin olunan preparatları özbaşına dayandırmaq, dozasını azaltmaq və ya müalicədən kənara çıxmaq ciddi fəsadlara səbəb ola bilər:

"Əsas risk faktorlarından biri də uzunmüddətli yuxusuzluq və keyfiyyətsiz yuxudur. Eyni zamanda, passiv həyat tərzi də insult riskini artıra bilər.

Çünki bütün bu amillər orqanizmdə arterial təzyiqin yüksəlməsinə, damarların zədələnməsinə və qanın laxtalanma riskinin artmasına səbəb ola bilər. Nəticədə isə insultun iki əsas növü işemik və hemorragik insult meydana çıxa bilər.

İnsult riskini azaltmaq üçün ilk növbədə zərərli vərdişlərdən uzaqlaşmaq, sağlam qidalanmaq, fiziki aktivliyi artırmaq, yuxu rejiminə diqqət etmək və xüsusilə təzyiq və xolesterinlə bağlı problemlər zamanı həkimin təyin etdiyi müalicəyə düzgün əməl etmək vacibdir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər