Menyu

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb - YENİLƏNİB

Operativ Media
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb - YENİLƏNİB
1 dəq oxu

İndoneziyanın Şərqi Nusa Tenqqara əyalətində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 68-ə yüksəlib.

Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 213 nəfər xəsarət alıb.

***

10:35

İndoneziyanın cənub-şərqində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb, 137 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "Tempo" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 2400 evə ziyan dəyib. 5488 nəfər təxliyə mərkəzlərinə yerləşdirilib.

Əlaqəli Xəbərlər