Menyu

Hansı qidalar qan təzyiqini aşağı salır?

Ayşən Sadıxzadə
Hansı qidalar qan təzyiqini aşağı salır?

Yüksək qan təzyiqi ürək-damar xəstəlikləri üçün əsas risk faktorlarından biri hesab olunur. Təzyiqin nəzarətdə saxlanılmasında dərman müalicəsi ilə yanaşı, gündəlik qidalanma da mühüm rol oynayır. Bəzi qidalar tərkibindəki kalium, maqnezium, lif və digər faydalı maddələr hesabına qan təzyiqinin tənzimlənməsinə dəstək ola bilər. Bəs hansı qidalar yüksək təzyiqin aşağı salınmasına və ürək-damar sağlamlığının qorunmasına kömək edir?

Bu barədə Operativ Media-ya hepatoloq-terapevt Sevinc Abasova danışıb.

O bildirib ki, limon, qreypfrut və cəfəri kimi qidalar sağlam və balanslı qidalanmanın tərkib hissəsi olaraq qan təzyiqinin nəzarətdə saxlanılmasına müəyyən qədər dəstək göstərə bilər:

"Bu məhsulların tərkibində kalium, C vitamini, antioksidantlar və digər faydalı maddələr var.

Limon tərkibindəki C vitamini və antioksidantlarla ürək-damar sisteminin sağlamlığını dəstəkləyir. Limonlu su qəbul etmək maye balansının qorunmasına kömək etsə də, limonun özü yüksək təzyiqi müalicə edən vasitə hesab olunmur.

Qreypfrut da antioksidantlarla zəngin meyvədir və sağlam qidalanmada yer ala bilər. Lakin qreypfrutun mühüm xüsusiyyəti ondan ibarətdir ki, bəzi qan təzyiqi və digər dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Buna görə mütəmadi dərman qəbul edən şəxslər qreypfrutdan istifadə etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşməlidirlər.

Cəfəri isə tərkibində kalium və digər faydalı bitki komponentləri olan göyərtilərdəndir. Rasiona cəfərinin əlavə edilməsi ümumi qidalanma keyfiyyətini yaxşılaşdıra bilər. Bundan əlavə, cəfəridən duzu azaltmaq üçün yeməklərə dadverici kimi istifadə etmək də faydalıdır. Çünki yüksək duz qəbulu qan təzyiqinin yüksəlməsinə səbəb olan əsas amillərdən biridir.

Bununla belə, heç bir qida yüksək arterial təzyiqin müalicəsini əvəz etmir. Hipertoniya zamanı əsas məqsəd balanslı qidalanma, fiziki aktivlik, duz qəbulunun məhdudlaşdırılması və həkim tərəfindən təyin olunan müalicəyə düzgün əməl etməklə təzyiqi nəzarətdə saxlamaqdır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər