Menyu

Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə görüşüb

Operativ Media
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə görüşüb
1 dəq oxu
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus ilə görüşdə regional hadisələri və tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə litvalı diplomat sosial şəbəkələrdə bildirib.

"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla yaxşı görüşümüz keçdi. Regional hadisələr və Litva ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolları ətrafında səmimi və məzmunlu fikir mübadiləsi aparıldı", - səfir qeyd edib.

Əlaqəli Xəbərlər