Zelenski: Rusiyanın hərbi imkanlarını məhdudlaşdırmaq üçün yeni sanksiyalar hazırlanır
Əsəd Abbaslı
Ukrayna Rusiyanın hərbi imkanlarını zəiflətmək və müharibənin davam etdirilməsinə mane olmaq məqsədilə yeni sanksiya paketləri üzərində iş aparır.
Operativ Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, uzunmənzilli əməliyyatlarla yanaşı, digər sanksiya istiqamətləri üzrə də işlər davam etdirilir.
O qeyd edib ki, Ukraynanın kəşfiyyat qurumları, Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanları ilə birlikdə Rusiyanın aktiv hərbi imkanlarını məhdudlaşdıra biləcək yeni sanksiyaların hansı ölkələr tərəfindən və nə zaman tətbiq ediləcəyi ilə bağlı koordinasiya aparılır.
Ukrayna Prezidenti bildirib ki, Rusiyanın hərbi təcavüzü üçün kritik əhəmiyyət daşıyan bəzi məhsullar hələ də “G7” ölkələri də daxil olmaqla müxtəlif dövlətlərdən Rusiyaya tədarük olunur.
“Bütün tərəfdaşlarımız başa düşməlidir ki, nəyin onlardan asılıdır və hər bir sanksiya addımı sülhü yaxınlaşdırmağa və insanların həyatını xilas etməyə necə töhfə verir”, - deyə Zelenski bildirib.
O vurğulayıb ki, Rusiyanın hərbi imkanlarının məhdudlaşdırılması üçün bütün sanksiya mexanizmlərindən istifadə olunması vacibdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net