Menyu

Yunanıstanda helikopter qəza edib

Operativ Media
Yunanıstanda helikopter qəza edib
1 dəq oxu
Egey dənizindəki Yunanıstanın Sifnos adasında kiçik şəxsi helikopter qəzaya uğrayıb, nəticədə göyərtədə olan 3 nəfərin hamsı ölüb.

Operativ Media xəbər verir ki, helikopter yerə çırpıldıqdan sonra alışıb.

Yanğını yerli yanğınsöndürmə briqadaları söndürüb.

Helikopter Tolos bölgəsindəki aerodromdan havalandıqdan az sonra yaşayış məntəqəsində qəzaya uğrayıb. Ölən pilotun və iki sərnişinin şəxsiyyəti hələ müəyyən edilməyib.

Aviaqəzanın səbəbləri araşdırılır.

Əlaqəli Xəbərlər