Menyu

Netanyahu: HAMAS silahsızlaşdırılmayana qədər Qəzzada bərpa işləri başlamayacaq

Əsəd Abbaslı
Netanyahu: HAMAS silahsızlaşdırılmayana qədər Qəzzada bərpa işləri başlamayacaq
1 dəq oxu
İsrail HAMAS silahsızlaşdırılana qədər Qəzza zolağında yenidənqurma işlərinə başlanılmayacağını açıqlayıb.

Operativ Media xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahunun Cared Kuşnerlə görüşündən sonra onun müşaviri TASS-a bildirib.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri Qəzzada qalacaq. İsrail həmçinin silahlı radikallara qarşı hədəfli zərbələr siyasətini dəyişmək niyyətində deyil.

Bildirilib ki, demilitarizasiyanın ilk mərhələsi HAMAS-dan silahlarını təhvil verərək məhv edilməsinə razı olması tələbidir.

Prosesin ABŞ-nin nəzarəti altında həyata keçirilməsi nəzərdə tutulur.

Əlaqəli Xəbərlər