Bağdad İrandan izahat tələb edib
Operativ Media
İraq və İran xarici işlər nazirləri arasında telefon danışığı zamanı İraq Kürdüstan Regionunda baş verən hücum müzakirə olunub.
Operativ Media xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn iranlı həmkarı Abbas Əraqçidən Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib.
Hüseyn hadisəni gərginliyi artıra və regionda sabitliyi təhlükə altına ala biləcək “təhlükəli presedent” adlandırıb.
Əraqçi isə İran tərəfinin hücumun İran ərazisindən həyata keçirildiyini göstərən hər hansı məlumata malik olmadığını bildirib. O, insidentlə bağlı İran hökumətinin mövqeyini əks etdirən rəsmi açıqlamanın veriləcəyini qeyd edib.
Qeyd edək ki, Məsrur Bərzani daha əvvəl şəxsi ofisinin və Təhlükəsizlik və Kəşfiyyat Agentliyinin rəhbərinin iqamətgahının İran PUA-ları tərəfindən hücuma məruz qaldığını açıqlamışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net