Menyu

Politico: Süni intellekt ABŞ Konqresinin qanun layihələrində xətalara səbəb olur

Nicat Hüseynli
Politico: Süni intellekt ABŞ Konqresinin qanun layihələrində xətalara səbəb olur
1 dəq oxu

ABŞ Konqresində süni intellekt vasitəsilə hazırlanmış və çoxsaylı səhvlər, eləcə də qeyri-dəqiq ifadələr ehtiva edən qanun layihələrinin sayının artdığı bildirilir.

Operativ Media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Konqresin bəzi üzvləri qanunvericilik mətnlərinin hazırlanması üçün “Claude” və “ChatGPT” kimi süni intellekt modellərindən istifadə edirlər.

Qeyd edilib ki, nəticədə Nümayəndələr Palatasının Hüquq İdarəsinin əməkdaşları süni intellekt tərəfindən hazırlanmış mətnləri yoxlamaq və yenidən işləmək üçün qanun layihələrini sıfırdan hazırlamaqdan daha çox vaxt sərf edirlər.

Əlaqəli Xəbərlər