Menyu

Tural Məmmədov: "Süni intellekt informasiya iqtisadiyyatının qaydalarını yenidən yazır"

Operativ Media
Tural Məmmədov: "Süni intellekt informasiya iqtisadiyyatının qaydalarını yenidən yazır"
Süni intellekt artıq yalnız texnoloji innovasiya mövzusu deyil. İnformasiya iqtisadiyyatının qaydalarını da yenidən formalaşdırır.

Operativ Media xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov öz sosial media hesabında etdiyi paylaşımda bildirib.

O, qeyd edib ki, Fransada media qurumlarının Google-a qarşı irəli sürdüyü tələb bunun ən yaxşı nümunələrindən biridir:

"Məsələnin mahiyyəti sadədir: əgər süni intellekt platforması xəbər təşkilatlarının yaratdığı məzmundan istifadə edərək istifadəçiyə birbaşa cavab təqdim edirsə, həmin məzmunu yaradan tərəfin iqtisadi maraqları necə qorunmalıdır?

Burada söhbət təkcə müəllif hüququndan getmir.

AI Overviews kimi həllər internetin mövcud iqtisadi modelinə toxunur. İndiyə qədər axtarış sistemi istifadəçini mənbəyə yönləndirirdi; indi isə platforma həmin mənbələrdəki məlumatı emal edərək cavabı özü təqdim edə bilir. Bu dəyişiklik media üçün trafik, reklam gəlirləri və məzmunun monetizasiyası baxımından tamamilə yeni reallıq yaradır.
Məncə, bu mübahisə yaxın illərdə daha geniş bir suala çevriləcək:

AI tərəfindən yaradılan dəyərin hansı hissəsi platformaya, hansı hissəsi isə həmin dəyərin formalaşmasına əsas verən məzmun sahibinə məxsus olmalıdır?
Bu məsələ yalnız media sektoruna aid deyil. Eyni yanaşma elmi məqalələr, peşəkar məlumat bazaları, hüquqi məlumatlar, analitik hesabatlar və digər yüksək dəyərli kontent növləri üçün də gündəmə gələcək.

Yəni qarşıdakı mərhələdə AI tənzimlənməsinin əsas mövzularından biri yalnız təhlükəsizlik və etik istifadə olmayacaq. Məzmun sahibliyi, gəlirin bölüşdürülməsi və rəqəmsal platformalarla kontent istehsalçıları arasında yeni iqtisadi balans da əsas müzakirə istiqamətlərindən birinə çevriləcək.
Fransadakı bu proses həmin yeni modelin formalaşmasında mühüm presedentlərdən biri ola bilər".
Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər