Laosda leysan yağışlar daşqınlara səbəb olub
Laosda davam edən leysan yağışlar bir neçə ərazidə daşqınlara səbəb olub, səlahiyyətlilər isə ani daşqın və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Laos Meteorologiya Bürosu məlumat yayıb.
Məlumata görə, ölkənin bir sıra əyalətlərində, o cümlədən Ponqsalı, Huapan, Luanqprabanq, Udomsay, Saysombun, Sayaburi, Bolikamsay, Kammuan, Savannaket və Attapıda daşqın və torpaq sürüşməsi xəbərdarlığı olunub.
Bildirilib ki, bəzi ərazilərdə suyun səviyyəsi artıq kritik həddə çatıb və daşqınlar baş verib. Sakinlər ehtiyatlı olmağa və ani daşqınlara hazırlaşmağa çağırılıb.
Kammuan əyalətində avqustun əvvəlindən davam edən yağışlar çay qollarının daşmasına, evlərin, tibb müəssisələrinin, kənd təsərrüfatı sahələrinin və digər obyektlərin su altında qalmasına səbəb olub.
dəqiqələr içində saytın olsun.