Yuşşenko İlham Əliyevə təşəkkür edib
Operativ Media
1 dəq oxu
Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi səmimi və məzmunlu görüş barədə sosial şəbəkədə paylaşım edib.
Operativ Media xəbər verir ki, Yuşşenko paylaşımında Azərbaycanla dostluğunun 1989-cu ildə Heydər Əliyevlə tanışlıqdan başladığını, İlham Əliyevlə isə 20 ildən çoxdur şəxsi dostluq münasibətlərinin olduğunu bildirib.
O, iki ölkə arasında 2008-ci ildə imzalanmış Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əhəmiyyətini xatırladaraq, hazırda da birgə layihələr və ikitərəfli əməkdaşlığın inkişafı üzərində iş aparıldığını qeyd edib.
Sabiq dövlət başçısı Ukraynanın ərazi bütövlüyünə dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.
Sorğu